Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Sezar pizza
İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.
Əlavə məlumat veriləcək.
Telegram kanalımız