Oktyabrın 11-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən T. Paşayev avtomobilinin qaçırıldığı barədə məlumat verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciətlə əlaqədar dərhal Abşeron RPİ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, “Moskviç 412” markalı avtomobilin “Stansiya Sumqayıt” yeni yaşayış sahəsindən qaçırıldığı müəyyən edilib.
Abşeron RPİ və Zəngilan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S. Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Dördpendirli pizza
Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız