Masazırda partlayış oldu

saytların hazırlanması

Evə çatdırılma

Masazırda partlayış oldu

Hadisə

15 Mart 2024 21:43 676


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onüçmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 46m² olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub. pizza mizza

Hadisə zamanı 1 otağın yanar konstruksiyaları yanıb və partlayış dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!