Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü polislər tərəfindən yaxalandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü polislər tərəfindən yaxalandı - Fotolar

Hadisə

14 Aprel 2021 00:10 540


Xanım sürücü Masazır qəsəbəsində piyadanı vuraraq ərazidən uzaqlaşıb.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Həsənov Yadigar Sədi oğlunu avtomobil vurub. Qəzanı törədən sürücü hadisə yerindən yayınıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Pepperoni pizza

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsnin baş inspektoru Əli Cavadov şübhəli avtomobilin izinə düşüb. Belə ki, hadisəni törədən 2000-ci il təvəllüdlü Musayeva Rəna Paşa qızı idarə etdiyi 90-US-317 dövlət nişanlı “Saipa” markalı nəqliyyat vasitəsi ilə saxlanılıb.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən R.Musayevanı Abşeron Rayon Polis İdarəsinə təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!