Masazırda sərnişin avtobusu “Mercedes”lə toqquşdu: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Masazırda sərnişin avtobusu “Mercedes”lə toqquşdu: Xəsarət alan var

Hadisə

28 Mart 2025 14:42 334


Abşeron rayonunun Masazır kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxs ambulator müalicə üçün evə buraxılıb.

"Martın 27-si, saat 15:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Masazır gölü ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə müraciət daxil olub. Dominos pizza

Təcili tibbi yardım briqadası tərəfindən 58 yaşlı şəxs (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona zəruri tibbi yardımlar göstərilib, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!