Ağstafada ağır yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2002-ci il təvəllüdlü Nicat Tağıyev hadisə yerində ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. pizza hut
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız