Maşın çaya aşdı, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Maşın çaya aşdı, sürücü öldü

Hadisə

09 Fevral 2025 13:00 243


Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenisabah.az xəbər verir ki, Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Yusif Orucovu idarə etdiyi “KamAZ” yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi çaya aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb. Pepperoni pizza

Faktla bağlı Goranboy RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!