“Maşında oturub Aygün Kazımovanı güdürdüm“   - Rəhimdən maraqlı etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Maşında oturub Aygün Kazımovanı güdürdüm“ - Rəhimdən maraqlı etiraf

Şou

01 Aprel 2021 11:39 1673


“Dedim ki, gedib Aygün Kazımovanın  arxasınca düşəcəm, onu güdəcəm. Maşında oturub onu güdüb, gözləyirdim".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli deyib. ARB telekanalında yayımlanan “Özəl” proqramının qonağı olan sənətçi Xalq artisti Aygün Kazımova ilə bağlı başına gələnlərdən danışıb.

O vaxtilə Xalq artistini verilişinə çağıra bilmək üçün onu güddüyünü deyib: pizza mizza

“Verilişimin ilk buraxılışı idi. Demişdim, Aygün Kazımovanı gətirəcəm. Televiziya rəhbəri dedi ki, bacarmayacaqsan. Çünki o vaxt münasibətimiz yox idi. Dedim ki, gedib düşəcəm arxasınca, onu güdəcəm. Hara getsə, 11-in yarısı çıxar. Oturub maşında onu güdüb, gözləyirəm. Gördüm, 11-ə qalıb 8 dəqiqə, o çıxmır. Proqram da 11-də başlayır. Gördüm çıxdılar komandası ilə birlikdə. Üzü televiziyaya doğru gedirlər. Tez maşınla keçdim, onlardan əvvəl kanala çatdım ki, gəlirlər hazırlaşın. Bu, Aygün Kazımovanın kanala ilk gəlişi idi. Söz verdiyi kimi gəldi".

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!