Maşının vurduğu piyada xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Maşının vurduğu piyada xəstəxanada öldü

Hadisə

27 Dekabr 2020 22:50 1415


Balakəndə minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, Balakən şəhər sakini, 1958-ci il təvəllüdlü Bəxtiyar Əmrullah oğlu Osmanov yolu keçmək istəyən zaman, rayon sakini Faiq Həşimovun idarə etdiyi “VAZ 2107” markalı 90 HO 133 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub.   pizza sifarişi

Qəza zamanı ağır qapalı kəllə-beyin travması alan B. Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. B. Osmanov Zaqatala RMX-a daxil olduqdan bir neçə saat sonra aldığı ağır xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!