Maska görə Trampdan sonra prezident bu şəxs olacaq

saytların hazırlanması

Evə çatdırılma

Maska görə Trampdan sonra prezident bu şəxs olacaq

Dünya

04 Dekabr 2025 01:31 635


“SpaceX” və “Tesla” korporasiyalarının qurucusu, ABŞ-də ləğv edilmiş Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) keçmiş rəhbəri, milyarder İlon Mask sabiq həmkarları ilə söhbətində ABŞ-nin növbəti prezidentinin Ceyms Devid Vens olacağını proqnozlaşdırıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.

Məlumata görə, Mask bu fikri DOGE-nin əməkdaşları ilə görüş zamanı ifadə edib. O, Amerikanın “böyük on iki illik dövr” ərəfəsində olduğunu qeyd edib. Mask bu müddətə Trampın hazırkı dörd illik hakimiyyətini və Vensin mümkün iki prezidentlik müddətini (8 il) daxil edib. pizza

Bildirilib ki, İlon Mask Cey Di Vens ilə yaxşı münasibətlər qurub.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!