Maska taxıb meydana çıxdılar   – Hökumətə etiraz 

saytların hazırlanması

Evə çatdırılma

Maska taxıb meydana çıxdılar – Hökumətə etiraz 

İdman

16 Mart 2020 14:42 1080


“Qremio”nun (Braziliya) futbolçuları “San-Luis”lə ştat çempionatına (3:2) maska taxaraq çıxıblar. 

Yenisabah.az xəbər verir ki, bununla onlar oyunların dayandırılmamasına etirazlarını bildiriblər. 

Klubun baş məşqçisi Renato Portaluppi oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, federasiya oyunları dayandırmalıdır: “Biz də koronavirusdan sığortalanmamışıq. Azarkeşləri qoruyuruq, oyunlar azarkeşlərsiz keçirilir. Bəs biz? Bəz futbolçular? Maskanı ona görə taxdıq, erirazımızı göstərək. Hər yerdə çempionat dayandırılıb. Başa düşmürəm, Braziliya hökuməti bunun niyə əleyhinə getməlidir ki?  Marqarita pizza

Qeyd edək ki, bu oyundan sonra Braziliya Futbol Konfederasiyası öz bayrağı altında keçirilən bütün yarışların dayandırıldığını elan edib. Lakin federasiya ştat çempionatı onların tabeliyində olmadığı üçün həmin oyunlar haqqında qərar verə bilmədiklərini açıqlayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!