“Maska taxıram, heç kimlə əllə görüşmürəm”   – Aydın Mirzəzadə

saytların hazırlanması

Evə çatdırılma

“Maska taxıram, heç kimlə əllə görüşmürəm” – Aydın Mirzəzadə

Siyasət

17 Mart 2020 16:22 732


“Koronavirusdan qorunmaq üçün bütün vacib addımları atıram. Şəhərə çıxanda tibbi maska taxıram, insanlarla əllə görüşmürəm, sonra da təəssüflə bildirirəm ki, belə görüşməyə məcburam”.

Bu sözləri hökumətin koronavirusdan qorunmaq üçün vətəndaşlara ünvanladığı çağırışlara münasibət bildirən deputat Aydın Mirzəzadə deyib. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, görülən bütün tədbirlər vətəndaçların sağlamlığına xidmət edir:  pizza

“Misal üçün bu gün bir vətəndaş mənimlə görüşmək istədi, əl ilə görüşmədən ayaqüstü problemlərini dinlədim. Digər tərəfdən, insanların çox toplaşdığı yerlərə getməməyə çalışır və gigiyena qaydalarına əməl edirəm. Qeyd edim ki, hökumətin qəbul etdiyi qayda və qərarlar ilk növbədə vətəndaşın öz maraqlarına cavab verir. Görülən bütün tədbirlər vətəndaşların virusa yoluxmamasını təmin etmək üçün nəzərdə tutulub. Görülən təsvirlərin nəticəsi olaraq, 10 milyon əhalisi olan bir ölkədə az nisbətdə virusa yoluxma halları mövcuddur. Ölkə daxilində koronavirus mənbələri yoxdur. Yoluxanlar isə həmin epidemiyanın böyük vüsət aldığı ölkələrdən gələn və karantində olanlardır. Bununla yanaşı, hökumətin apardığı təbliğat işlərini yüksək qiymətləndirir və əhaliyə bu ağır xəstəliklə mübarizədə daha bilgili olmağı və ehtiyatı əldən verməməyi tövsiyə edirəm”.
Sabrina Eldarqızı

  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!