Maska ​​taxma qaydaları sərtləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Maska ​​taxma qaydaları sərtləşdirildi

Dünya

02 Dekabr 2020 17:36 1387


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris yalnız qapalı yerlərdə deyil, həm də açıq havada maska taxmağa çağırıb.

Yenisabah.az xəbər verir ki, M.Harris kifayət qədər havalandırma olmayan yerlərdə sosial məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq qoruyucu maskalar taxmağın vacib olduğunu söyləyib.

Universitetlər və məktəblər də daxil olmaqla, bütün ictimai yerlərdə daim maska taxmaq məsləhət görülüb. Dördpendirli pizza

Məkan yaxşı havalandırılsa da, orada azı bir metr sosial məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək lazımdır.

Bu qayda açıq məkanlara da tətbiq olunur: küçədə digər yoldan keçənlərlə məsafə saxlamaq mümkün deyilsə, maska ​​da taxmaq lazımdır.

M.Harris qaydaların belə sərtləşdirilməsinin pandemiya dövründə ən ciddi hallardan biri olduğunu vurğulayıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!