Maska taxmadığı üçün prezidenti 3,5 min dollar cərimələdilər

saytların hazırlanması

Evə çatdırılma

Maska taxmadığı üçün prezidenti 3,5 min dollar cərimələdilər

Dünya

20 Dekabr 2020 10:48 784


Çili prezidenti Sebastyan Pinera ictimai yerdə qoruyucu maskadan istifadə rejiminin pozulmasına görə 2,5 milyon peso (təxminən 3,5 min ABŞ dolları) məbləğində cərimə edilib.

Yenisabah.az xəbər verir ki, bu Valparaiso regionunun Səhiyyə Nazirliyi tvitterdəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçısı özü qaydanı pozduğunu etiraf edib. pizza mizza

Daha əvvəl Çili prezidentinin çimərlikdə yad qızla şəkil çəkdirməsi ölkədə böyük rezonans doğurub.

Cons Xopkins Universitetinin məlumatına görə, Çilidə koroavirusa 581 135 yoluxma halı qeydə alınıb. Eyni zamanda virusa yoluxmuş 16 051 pasiyent ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!