Maska taxmağı rədd edən çempion koronavirusdan öldü – Foto 

saytların hazırlanması

Evə çatdırılma

Maska taxmağı rədd edən çempion koronavirusdan öldü – Foto 

İdman

11 Fevral 2020 14:40 1496


Çinin tanınmış bodibildinq çempionu Qui Jun vəfat edib.

“Yeni Sabah” “Daily Star” nəşrinə istinadən xəbər verir ki, onun ölümünə Çində yayılan dəhşətli koronavirus səbəb olub. Belə ki, ailəsi idmançıya maska taxmağı və çölə çıxmamağı məsləhət görsə də, o, yaxınlarını dinləməyib.

“Nə olacaqsa, olacaq. Başqaları maska taxmazkən, mənim taxmağım kənardan necə görünər”, deyən keçmiş çempion nəticədə virusa yoluxub. Bir müddət karantində saxlanılan Q.Jun 6 fevral tarixində həyatını itirib. Sezar pizza

Xatırladaq ki, Çində epidemiyadan qorunmaq üçün insanlar maskalardan istifadə edirlər və ya bayıra çıxmırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!