Cənubi Afrika ölkələrindən olan Zimbabvedə koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qaydalara insanların bir çoxu riayət etmir.
Yenisabah.az xəbər verir ki, qaydaları pozan 40 min 682 nəfər nəzarətə götürülüb. Onların əksəriyyəti maska taxmadığı qeydə alınıb. Qaydalara əməl etməyənlər bir qismi cərimələnib, digər qismin işlərinə isə məhkəmədə baxılacaq.
Bildirək ki, ölkədə bugünədək 56 nəfərdə COVİD-19 simptomları aşkarlanıb, 4 nəfər isə virus səbəbilə ölüb. pizza hut
Xatırladaq ki, Zimbabvedə martın 30-da küçəyə çıxmaq 6 həftəlik qadağan edilmişdi, ötən həftə isə bu qayda ikinci bir əmrə qədər uzadılıb.
Telegram kanalımız