“Maska taxmayanlar cərimələnsə, virusun yayılmasını azalda bilərik”   - Təklif

saytların hazırlanması

Evə çatdırılma

“Maska taxmayanlar cərimələnsə, virusun yayılmasını azalda bilərik” - Təklif

Sosial

17 İyun 2020 18:07 842


“Koronovirusa bağlı vəziyyət mürəkkəbləşir. Əhalinin inamaması, maska və sosial məsafəyə riayət etməməsi daha da vəziyyəti mürəkkəbləşdirir. Artıq xəstəxanalarda yer olmadığına görə virusa tutulanlar rayon xəstəxanalarına göndərilir”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, yaxın çevrəsində də virusa tutulanlar var:

“İctimai nəqliyyat, metro və kafe-restoranlar virusun yayıldığı məkandır. Burada rəsmi qurumlar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Operativ Qərargah ciddi tədbirlər görməlidir. Operativ Qərargah yalnız virusa yoluxanların sayını elan etməklə işini bitmiş hesab edir. Belə olmaz. Avtobus, metrolarda və restoranlarda qaydalara əməl edilmir. Aprel ayının əvvəlində nəqliyyat və metrolarda tətbiq olunan qaydalar yenidən tətbiq edilərsə, maska vurmayanlar simvolik cərimələnsə, virusun yayılmasını azalda bilərik. Yoxsa həftə sonu sərt karantinin vəziyyətə müsbət təsir etməyəcək. Övladlarınızın sentyabrda təhsil ocaqlarına getməsini istəyirsinizsə, virusa inanıb maksimum qaydalara əməl edin. İtaliyada, İspaniyada dövlət və xalq qaydalara əməl edərək virusu tam lokallaşdıra bildilər. Virusa inanın və tam özünüzü, ailənizin qoruyun”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!