"Əvvəl deyirdik ki, ölkəyə koronavirus xəstəsi xaricdən gəlirdi. Ona görə də tibbi qoruyucu maskanın taxılmasını zəruri etmirdik".
Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.
TƏBİB rəsmisi qeyd edib ki, artıq ölkə daxilində yoluxma faktları olduğundan maska istifadəsi məcburidir. Pepperoni pizza
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev də təsdiqləyib.
O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir:
""Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir. Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".
Telegram kanalımız