Maskadan sonra indi də prezervativ qıtlığı yaşanacaq

saytların hazırlanması

Evə çatdırılma

Maskadan sonra indi də prezervativ qıtlığı yaşanacaq

Dünya

04 Aprel 2020 11:43 1298


Koronavirus səbəbilə dünya əhalisinin böyük hissəsinin evdən çölə çıxmaması səbəbilə prezervativə və seks oyuncaqlarına təlabat kəskin artıb. 

Yenisabah.az “Financial Times” qəzetinə istinadən bildirir ki, Almaniyanın ən böyük prezervativ istehsalçısı olan “Ritex”in satışları mart ayında iki dəfə artıb. Şirkət fabriklərində prezervativ istehsalının sayını iki dəfə artıraraq 12,7 milyon ədədə çatdırıb.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın ən böyük seks oyuncaqları mağazası olan “Ann Summers” təlabatı qarşılamaqda çətinlik çəkir.  Mağaza sahibləri bildirirlər ki, satışlar ötən ilin mart ayı ilə müqayisədə 27 faiz artıb. pizza mizza

Ancaq çox yaxında prezervativ qıtlığının yaşanacağı təxmin edilir. Dünyanın aparıcı prezervativ istehsalçılarından olan “Karex”in Malayziya, Çin və Hindistandakı fabrikləri bağlanıb. Bu isə bazara prezervativlərin verilməsində problemlərin yaranmasına səbəb olacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!