Maskalardan “bikini” düzəltdilər, qınağa tuş gəldilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Maskalardan “bikini” düzəltdilər, qınağa tuş gəldilər - Fotolar

Dünya

15 Aprel 2020 10:58 5977


Apteklərdə maska qıtlığının hökm sürdüyü bir vaxtda rus modellərin başlatdığı yeni trend insanlarda qəzəb yaradıb. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, "Karantikini" adlanan trendə qoşulan modellər maskaları əyinlərinə geyərək sosial şəbəkədə fotolarını yayırlar. 

"Karantin" və "bikini" sözlərinin birləşməsindən yaranan trend izləyicilərin qınaq obyektinə çevrilib. Onlar "Dünya əhalisinin maska qıtlığı yaşadığı bir zamanda bu edilən ən iyrənc zarafatdır", "Bir maskanın belə bir insanın həyatını xilas etdiyi dönəmdə başqa bir şey fikirləşə bilməzdiniz?!" Kimi şərhlər yazaraq modelləri qınayıblar.  Dominos pizza

Trendə rus model Yuliya Uşakova, Yana Koşçinka və dünyanın müxtəlif ölkələrindən məşhurlar qoşulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!