Maştağada su kanalında batan azyaşlının meyiti tapıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Maştağada su kanalında batan azyaşlının meyiti tapıldı - Yenilənib

Hadisə

07 İyul 2021 01:56 1541


Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*** Dördpendirli pizza

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!