Maştağadakı Psixiatriya Xəstəxanasında yeniyetmə öldürülüb - İddia

saytların hazırlanması

Evə çatdırılma

Maştağadakı Psixiatriya Xəstəxanasında yeniyetmə öldürülüb - İddia

Hadisə

21 Fevral 2024 08:30 1101


Bu günlərdə Maştağada yerləşən Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olduğu haqda məlumat yayılıb. Deyilənə görə zorakılıq nəticəsində yeniyetmə öldürülüb.

Bu barədə Feysbukda “Hüquqşünaslar” qrupunda sosial şəbəkə istifadəçisi Rauf Həsənli paylaşım edib.

O, paylaşımında qeyd edib ki, xəstəxanada çalışan nəzarətçi qadın 17 yaşlı yeniyetməni yemək yeyərkən arxadan başına yumruq vurmaqla öldürüb: Toyuqlu pizza

“Kamera görüntülərində yeniyetmənin heç bir pis hərəkət etmədiyi, sakit oturub yemək yediyi görünür. Bu zaman nəzarətçi uşağı vurur və tikə ət parçası uşağın nəfəs yoluna düşür, vəfat edir”. İddiaçı görüntülərin müstəntiqdə olduğunu, araşdırılma aparıldığının deyildiyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!