DÇ-2022-nin seçmə mərhələsində Qvineya və Mərakeş milliləri arasındakı bu gün keçirilməli olan oyun təxirə salınıb.
Yenisabah.az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytında qeyd olunub ki, buna səbəb Qvineyada baş verən hərbi çevirilişdir.
FIFA və CAF təhlükəsizliyi qorumaq üçün matçı təxirə salmağa qərar verib. Dominos pizza
Qvineyada hərbi çevrilişdən sonra ölkə prezidenti girov götürülüb. Buna görə də bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.
Telegram kanalımız