“Matç TV”nin anti-Azərbaycan yalanı ifşa olundu

saytların hazırlanması

Evə çatdırılma

“Matç TV”nin anti-Azərbaycan yalanı ifşa olundu

İdman

12 İyun 2021 19:46 1545


Rusiyanın "Matç TV" kanalının daha iki jurnalisti - Mixail Mossakovski və Konstantin Geniç də Avro-2020-yə Bakı üzrə akkreditasiya ala bilməyib. Buna səbəb həmin şəxslərin vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərinə qanunsuz səfərləridir.

Mixail Mossakovski özünün teleqramdakı kanalında Azərbaycan sərhədindən buraxılmadığını və Rusiyaya geriyə göndərildiyini yazıb. Ardınca kanalın digər şərhçisi Konstantin Geniç də Bakıya buraxılmaması barədə paylaşım edib.

"Matç TV"nin Geniç və Mossakovski barədə susqunluğu və yalnız məsələnin ictimailəşməyə başlanmasından sonra danışması akkreditasiya mövzusu ətrafında yaradılan süni ajiotajın siyasi şoudan başqa bir şey olmadığını təsdiqləyir: - rusiyalı iki şərhçinin də kənarda qalması jurnalistlərin akkreditə olunması məsələsində rəsmi Bakının guya milli-etnik motivlərdən çıxış etməsi mifinə uyğun gəlmirdi. Sezar pizza

Qeyd edək ki, "Matç TV"nin erməni əsilli aparıcısı Nobel Arustamyan da Bakıda keçiriləcək oyunlara akkreditasiya ala bilməmişdi. Hər 3 idman müxbirinə imtina cavabının səbəbi onların qanunsuz olaraq Azərbaycan sərhədlərini pozmaları və adlarının XİN-in qara siyahısında olmasıdır.

Kimliyindən asılı ilə olmayaraq, qanun qarşısında hər kəs bərabərdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edənlər Bakıya akkreditasiya almadılar və almayacaqlar da. Ermənistanlı və erməni-əsilli idmançılar isə Azərbaycanda dəfələrlə olublar və heç bir çətinliklə üzləşməyiblər, çünki biz milliyətə və etnik mənsubiyyətə yox, qanuna üstünlük veririk./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!