Matiç “Qarabağ”la oyun ərəfəsində komandasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Matiç “Qarabağ”la oyun ərəfəsində komandasından danışdı

İdman

22 Noyabr 2024 13:34 692


"Lion"un (Fransa) futbolçusu Nemanya Matiç hesab edir ki, onun komandası dünyada ən çox qol imkanı yaradan komandadır.

Yenisabah.az xəbər verir ki, 36 yaşlı serbiyalı futbolçu komandasının hücumda təsirini gücləndirməli olduğunu bildirib.

Matiçin sözlərinə görə, Liqa-1-də "Lion"un hazırkı mövqeyi (5-ci yer) onu qane etmir. pizza

"Olimpik Lion" Çempionlar Liqasında oynamalıdır" deyə təcrübəli yarımmüdafiəçi yarışdıqları Avropa Liqası hədəfləri barədə də danışıb və iddialı fikir səsləndirib:

"Avropa Liqasında bizim mövqeyimiz yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, bu turnirin qalibi olaq".

Xatırladaq ki, "Lion" "Qarabağ"ın Avroliqadakı rəqibidir. Fransa təmsilçisi bu yarışda növbəti matçını gələn həftə Bakıda məhz Ağdam təmsilçisinə qarşı keçirəcək. Oyun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!