Warner Bros. Studio “Matritsa” (“The Matrix”) filminin çoxdan gözlənilən dördüncü hissəsinin ilk görüntülərini təqdim edib.
“Matritsa: Diriliş” (“Matrix: Resurrections”) adlanan filmin premyerası 16 dekabr 2021-ci ildə baş tutacaq.
Əvvəlki filmlərdən fərqli olaraq, Wachowski bacılarından yalnız biri - Lana yeni filmin rejissoru olub. Toyuqlu pizza
Əsas rolları bu dəfə də Kianu Rivz (Keanu Reeves – Neo rolunda) və Kerri-Enn Moss (Carrie-Anne Moss - Üçlük) oynamağa davam edəcəklər.
“Matritsa: Diriliş” üçüncü hissənin hadisələrindən sonra Neonun özünü qurban verərək sistemi yenidən işə saldığı zaman baş verənlərdən bəhs edəcək.
Telegram kanalımız