Mayın 18-dən “ASAN xidmət”də vətəndaşların qəbulu necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Mayın 18-dən “ASAN xidmət”də vətəndaşların qəbulu necə olacaq?

Sosial

16 May 2020 18:51 3153


18 may tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “ASAN xidmət”dən məlumat verilib. 

Məlumatda deyilir ki, növbə tutmaq üçün“ASAN xidmət” mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir. Dominos pizza

Eyni zamanda, www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

Bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!