Mayis Bərxudarov danışdı: “Əşi, bu söhbətin başını buraxın”

saytların hazırlanması

Evə çatdırılma

Mayis Bərxudarov danışdı: “Əşi, bu söhbətin başını buraxın”

Siyasət

07 Oktyabr 2024 11:41 9854


Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

44 Günlük Vətən Müharibəsindəki qalibiyyətimizin əsas simalarından biri olan Mayis Bərxudarovun "vurulması" mediada şərti olaraq "Beyləqan İşi" adlandırılan faciəvi olayla əlaqələndirilib.

Belə ki, bu işlə bağlı Bakı Apellyasiya Məhkəməsindəki proseslərdə həm həbs edilənlər, həm də zərərçəkən kimi tanınanlar işgəncə göstərişlərində generalın adını hallandırıb. Toyuqlu pizza

“Yeni Sabah” xəbər verir ki, Gununsesi.info Mais Bərxudarovla əlaqə saxlayaraq, onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən Mais Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: "Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".

"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına gəlincə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ELŞƏN
    O Mais Bərxudarovu tutan pox yeyir basini dasa doyur. O gozdən əlil bir qadinin muraciəti ilə onun ovladini cəbhədən geri çəkdi ki, qayıdıb anasını saxlasın. İndi general, cinayətkar olub?
    2 years ago