Mayk Tayson boksa qayıdır - Fantastik bilet qiymətləri

saytların hazırlanması

Evə çatdırılma

Mayk Tayson boksa qayıdır - Fantastik bilet qiymətləri

İdman

15 Noyabr 2024 12:44 829


Boks tarixinin ən bahalı matçı keçirləcək.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Ceyk Paul və Mayk Taysonun çıxacağı matçın VİP yerin bilet qiyməti 2 milyon dollara satışa çıxıb.

VİP yerin sahibləri boksçularla tanış olma şansına sahibdirlər. 80 minlik arenada kənar yerlərin qiyməti 10-50 min dollar aralığındadaır. pizza hut

58 yaşındakı Mayk Tayson 80 milyonluq matçla yenidən rinqə çıxacaq. O özündən 31 yaş kiçik YouTube-da yayımladığı videolarla məşhurlaşan, 1 ildir ki, boksla məşğul olan Ceyk Paulla qarşı-qarşıya gələcək.

Tayson karyerasında keçirdiyi 56 döyüşdən 50-sində qalib gəlib, hətta onların 44-də rəqiblərini nakautla məğlub edib. 2005-ci ildə idmandan ayrıldıqdan sonra nümayiş döyüşlərində rinqə çıxıb.

Paul isə boks karyerasına ötən il başlayıb və 11 rəqibindən 10-nu məğlub etməyi bacarıb.

Mayk Tayson-Ceyk Pol döyüşü şənbə günü səhərə qarşı saat 04:00-da başlayacaq. İkili iki dəqiqəlik səkkiz raund boyunca döyüşəcək.

Qeyd edək ki, matç Netflix-də canlı şəkildə yayımlanacaq./BAKU.WS 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!