Mayk Taysondan ilk açıqlama:   “Az qala ölmüşdüm”

saytların hazırlanması

Evə çatdırılma

Mayk Taysondan ilk açıqlama: “Az qala ölmüşdüm”

İdman

17 Noyabr 2024 09:44 8493


58 yaşlı boksçu Mayk Tayson "X" sosial şəbəkəsindəki səhifəsində 27 yaşlı bloger Ceyk Pola məğlubiyyətdən sonra ilk açıqlamasını verib.

Tayson döyüşün nəticəsindən asılı olmayaraq, yenə də qalib gəldiyini bildirib.

“Bu, uduzduğum, amma yenə də qalib gəldiyim vəziyyətlərdən biridir. Dünən gecəyə görə minnətdaram və son dəfə rinqə çıxdığım üçün peşman deyiləm. İyun ayında az qala ölmüşdüm. Səkkiz dəfə mənə qan köçürülüb. Qanımın yarısını itirdim və 11 kiloqram arıqladım və döyüş üçün daha yaxşı olmaq üçün mübarizə aparmalı oldum”, - deyə Tayson yazıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!