2009-cu ildə vəfat edən pop kralı Maykl Cekson burnu ilə yenidən gündəmə gəlib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, dəfələrlə etdirdiyi rinoplastika əməliyyatından sonra sənətçinin burnunun çürüdüyü iddia edilir.
11 il əvvəl vəfat edən Ceksonun meyitini görənlər onun burnunun olmadığını, əvəzində bir neçə qığırdağın olduğunu deyiblər. Toyuqlu pizza
"The Mirror" qəzetinin əməkdaşları cənazədən çəkilmiş fotolara baxarkən bunun fərqinə varıb. Hadisə şahidləri bu faktı təsdiqləyib, onlar bildirib ki, sənətçi protez burun istifadə edirmiş.
Qeyd edək ki, mərhum ulduz simasını dəyişmək, "gözəlləşdirmək" üçün 100 plastik cərrahiyyə əməliyyatına məruz qalmışdı. Onun üzündə botokslar, dodaqlarında və yanaqlarında implantlar vardı. Plastik cərrahiyyə əməliyyatları seriyası çox uzun dövr, tam 30 il davam etmişdi.
Maykl Ceksonun səhhətini korlayan əsas amillərdən biri də həmin əməliyyatlar olub.
Telegram kanalımız