Kilian Mbappe Fransa çempionatında 2019/2020 mövsümün ən yaxşı bombardiri seçilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Liqa 1-in saytı məlumat yayıb. PSJ-nin 21 yaşlı hücumçu bu mövsüm 18 qol vurub. "Monako"nun hücumçusu Vissam Ben Yedder onunla eyni sayda qol vursa da, bu qollardan 3-nü penaltidən vurduğu üçün Mbappe ən yaxşı seçilib. "Lion"un üzvü Mussa Dembele isə 16 qolla 3-cü olub.
Qeyd edək ki, Mbappe liqanın ən yaxşı bombardiyi seçildiyi üçün "Qızıl buts"u qazanıb. Toyuqlu pizza
Telegram kanalımız