Mbappe əsrin rekordunu təkrarladı 

saytların hazırlanması

Evə çatdırılma

Mbappe əsrin rekordunu təkrarladı 

İdman

22 Aprel 2023 16:05 914


PSJ-nin hücumçusu Kilian Mbappe rekord təkrarlayıb. 

Yenisabah.az xəbər verir ki, o, Fransa çempionatının 32-ci turunun "Anje" ilə matçında (2:1) iki qol vurub. 

"Opta" yazıb kı, fransalı futbolçu turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) yaxından iştirak edərək Dmitri Payetə çatıb. Bununla da, o, 21-ci əsrdə Fransa çempionatının rekordunu təkrarlayıb.  pizza

Payet 2005/2006 mövsümündə Fransanın yüksək liqasında debüt edib, "Nant", "Sent-Etyen", "Lill" və "Marsel"də çıxış edib, elit divizionda ümumilikdə 489 oyun keçirib (101 qol). Mbappeyə rekordu təkrarlamaq üçün 210 matç və 8 mövsüm lazım olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!