Fransa millisinin və "Real Madrid"in 25 yaşlı hücumçusu Kilian Mbappe Fransanın "Kan" futbol klubunu almaq niyyətindədir.
Yenisabah.az RMC Sport-a istinadla xəbər verir ki, növbəti mövsüm "Kan" 2-ci Liqada çıxış edəcək.
"Transfermarkt" bütün "Kan" oyunçularının ümumi dəyərini 24,75 milyon avro olaraq qiymətləndirir. Mbappenin öz transfer dəyəri 180 milyon avrodur. Dominos pizza
Mbappenin "Real Madrid"də təqdimatı iyulun 16-da baş tutacaq.
Fransız futbolçu 5 illik müqavilə imzalayacaq və 9 nömrəli forma geyinəcək.
Telegram kanalımız