Mbappe “Real” üçün 130 milyon avrodan keçməyə hazırdır 

saytların hazırlanması

Evə çatdırılma

Mbappe “Real” üçün 130 milyon avrodan keçməyə hazırdır 

İdman

24 Aprel 2024 14:26 550


PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk etmək üçün təxminən 130 milyon avrodan imtina etməyə hazırdır. 

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist və insayder Ramon Alvares məlumat yayıb. 

Bildirilir ki, forvard "sadiqlik bonusu"ndan və bu mövsüm alacağı maaşın bir hissəsindən imtina etməyə hazırdır. Ümumilikdə Mbappe 127,8 milyon avrodan imtina edə bilər. Dördpendirli pizza

Xatırladaq ki, daha əvvəl Kilianın 2024-cü ilin fevral ayının ilk həftəsində “Real”la razılaşdığı bildirilirdi. Məlumata görə, tərəflərin anlaşması 5 illikdir. Kilianın Madrid təmsilçisində 5 il ərzində cəmi 225 milyon avro qazanacağı, təxminən 150 milyon avro bonus alacağı bildirilmişdi.

Mbappe 2017-ci ildən PSJ-də oynayır. 25 yaşlı futbolçu komanda ilə 13 kubok qazanıb. "Transfermarkt" internet portalına görə, onun təxmini dəyəri 180 milyon avrodur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!