Mbappe yeni rekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Mbappe yeni rekorda imza atdı

İdman

20 Fevral 2023 15:50 771


PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa Liqa 1-in tarixinə düşüb.

Yenisabah.az "Opta Sports"a istinadla xəbər verir ki, 25 yaşlı hücumçu çempionatda 150 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.

Mbappe buna XXIV turda "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri matçda dubl edib. pizza sifarişi

Fransa millisinin üzvü bunu 24 yaş iki aylıq olarkən bacarıb. Mbappe 1959-cu ildə 26 yaş iki ayında 150-ci qolunu vuran Jyust Fontenin rekordunu qırıb.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 28 oyuna çıxıb, 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!