““McDonalds“ və “Burger King“ bizim əsas problemimiz deyil“ - Aygün Kazımovadan   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

““McDonalds“ və “Burger King“ bizim əsas problemimiz deyil“ - Aygün Kazımovadan REAKSİYA

Şou

30 Oktyabr 2020 15:01 2144


Xalq artisti Aygün Kazımova da "McDonalds", "Burger King", "Papa Johns" restoranlar şəbəkəsini boykot edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən pop-diva buna göz yumularsa digər şirkətlərin də eyni addımı atacağını qeyd edib:

"Düzdür, bu gün "McDonalds" və "Burger King" bizim əsas problemimiz deyil, amma buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək. Ona görə boykot! Hər kəs ölkəmizon ərazi bütövlüyünə hörmət etməlidir". Pepperoni pizza

Xatırladaq ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!