MDB hökumət başçıları İnformasiya Təhlükəsizliyi Strategiyasını təsdiqlədilər

saytların hazırlanması

Evə çatdırılma

MDB hökumət başçıları İnformasiya Təhlükəsizliyi Strategiyasını təsdiqlədilər

Rəsmi

20 May 2022 15:52 1037


MDB-yə üzv dövlətlərin hökumət başçıları 2030-cu ilə qədər olan dövr üçün informasiya təhlükəsizliyi strategiyasının həyata keçirilməsi üzrə prioritet tədbirlər planını təsdiqləyiblər.

Yenisabah.az xəbər verirr ki, bu barədə Birliyin İcraiyyə Komitəsinin mətbuat xidməti bildirib.

Məlumatda deyilir: "Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Mayın 20-də MDB Hökumət Başçıları Şurasının iclasında informasiya təhlükəsizliyi strategiyasının həyata keçirilməsi üzrə prioritet tədbirlər planı təsdiq edilib. 2030-cu ilə qədər olan dövr üçün”. pizza sifarişi

Mətbuat xidmətində qeyd edildiyi kimi, sənəd informasiya təhlükəsizliyi sahəsinin tənzimlənməsinə dair razılaşdırılmış yanaşmaların praktiki həyata keçirilməsinə yönəlmiş tədbirlər kompleksini özündə əks etdirir.

Eyni zamanda, planda Birlik ölkələrinin bu məsələyə mövcud yanaşmaları, eləcə də bu sahədə işlənib hazırlanmış qabaqcıl təcrübələr nəzərə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!