MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək

İdman

05 Avqust 2023 17:41 1926


“MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək”.

Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev MDB ölkələrinin II Oyunlarının açılışı ərəfəsində “Xatın” memorial kompleksində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanda idman tədbirlərinin keçirilməsində artıq yaxşı təcrübə var: pizza hut

“Ümid edirik ki, iki ildən sonra Azərbaycanda keçiriləcək MDB ölkələrinin III Oyunlarını da layiqincə təşkil edəcəyik. Ola bilsin ki, daha çox regionları daxil edək. Bütün qonaqlarımızı təəccübləndirəcəyimizə inanıram”.

Baş katib 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarına qatıldığını bildirib.

“Bu oyunlar təşkilatçılıq və idman proqramı baxımından çox yüksək səviyyədə keçirildi. Demək olar ki, bütün yarışların keçirildiyi yerlərdə olduq. Minskdə olan zaman burada çoxlu idman obyektlərini gördüm. Belarus idman ölkəsidir.

MDB oyunları artıq ikinci dəfədir keçirilir. Hesab edirəm ki, onlar daha da populyarlaşacaq. Burada, əsasən, gənc idmançılar çıxış edirlər və bu, onlara belə böyük tədbirlərdə özlərini sınamaq imkanı yaradır. Ümid edirik ki, komandamız yaxşı çıxış edəcək”, - A.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan komandası say baxımından üçüncü yerdədir - Oyunlara 16 idman növünü təmsil edən 177 idmançı gəlib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!