MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandılar

saytların hazırlanması

Evə çatdırılma

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandılar

İdman

11 Sentyabr 2021 17:10 906


Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar.

Yenisabah.az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışın qalibi olub. pizza

Əlavə olaraq, 60 kq-da çıxış edən Əminağa Quliyev qazaxıstanlı Yerkinbek Bayturbayevlə qüvvəsini sınayıb. Rəqibinə 0:3 hesabı ilə uduzan Quliyev ikinci yeri tutub.

İdmançımız Həsənəli Həsənov da kata yarışlarında qızıl medal uğrunda rusiyalı Danila Brantovla qarşılaşıb.

Rəqibinə uduzan Həsənov gümüş medalla kifayətlənib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!