MDB Oyunları: Güləşçilərimiz 6 medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

MDB Oyunları: Güləşçilərimiz 6 medal qazandı

İdman

03 Sentyabr 2021 23:46 1355


Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, sentyabrın 3-də "Bars" Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib.

Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Dördpendirli pizza

Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) və Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutublar.

Beləliklə, millimiz birinci MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!