Məcburi köçkünlərə 10 min manat veriləcək? – Yeni xəbər

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərə 10 min manat veriləcək? – Yeni xəbər

Sosial

10 Sentyabr 2019 11:28 13303


Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin - “çörək pulu”nun yenidən artırılması məsələsi gündəmdədir.

“Yeni Sabah” xəbər verir ki, Cebhe.info-nun yaydığı məlumata görə,  hazırda “çörək pulu”nun artırılması üçün iki versiya üzərində iş aparılır.

Belə ki, birinci versiya hər məcburi köçkün ailəsinə birdəfəlik 10 min manatın verilməsidir. Bu versiya reallaşarsa, birdəfəlik 10 min manat ödənilməklə, “çörək pulu” məsələsi gündəmdən çıxacaq və bundan sonra heç kəsə verilməyəcək. Toyuqlu pizza

İkinci versiya isə “çörək pulu”nun artırılaraq 91 manata çatdırılmasıdır. Bu versiyada isə nəzərdə tutulur ki, “çörək pulu” 91 manata çatdırılandan sonra bu məbləğin artırılması məsələsi birdəfəlik qapanacaq, daha heç vaxt artırılmayacaq.

Qeyd edək ki, hazırda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği hər nəfər üçün 60 manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!