Məcburi köçkünlərə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərə şad xəbər

Sosial

01 Noyabr 2019 21:26 863


“Prezident İlham Əliyev ilə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq”.

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, 2020-ci ildə məcburi köçkünlərin mənzillə təmin olunması üçün Prezident İlham Əliyev tərəfindən ayrılmış vəsaitin bir hissəsi Komitəyə verilib: “Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Bunun üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib. Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq”. pizza mizza

R.Rzayev bildirib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə üç bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir: “Binəqədi rayonunun Xocasən qəsəbəsində 800 ailəlik yeni qəsəbə salınacaq. Sumqayıt şəhərində də köçkünlər üçün bir qəsəbə tikilir, digərinin tikintisinə isə gələn ilin əvvəlində başlanılacaq. Bu ilin sonuna qədər 6000-ə qədər ailə köçürüləcək. Hazırda Komitə tərəfindən Bakı və rayonlarda 3700-dən çox ailəlik qəsəbə tikilir. Özəl sektorun da buna çox böyük töhfəsi var”. /yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!