“Məclisə gəlməyən deputat maaş almamalıdır“ - Spiker

saytların hazırlanması

Evə çatdırılma

“Məclisə gəlməyən deputat maaş almamalıdır“ - Spiker

Rəsmi

12 Sentyabr 2022 14:01 933


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan müxalifət deputatlarının mandatlarından məhrum edilməli olduğunu israr edir.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə o, Milli Məclisdə çıxışı zamanı qeyd edib.

Simonyanın sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” fraksiyasında bu mövzuda müxtəlif mövqelər var: pizza mizza

“Sessiya başa çatmalıdır və bu barədə dekabrda danışa bilərik. Əminəm ki, hansısa formada həkim arayışı təqdim etməyə çalışacaqlar, ya da hansısa yolla gəlib iştirakı təmin edəcəklər. Yenə öz planlarını işə salacaqlar. İlin sonunda məsələ şuraya təqdim olunacaq və bununla bağlı qərar veriləcək”.

O qeyd edib ki, hakim partiya müxalifətçilərə geri dönmək imkanı verilməlidir, amma şəxsən bunun əleyhinədir:

“Mən bu fikirdəyəm ki, Məclisə gəlməyən hansısa siyasətçi maaş almasın, əgər köməkçiləri də işə gəlmirsə, onlar da maaş almasınlar. Əminəm ki, növbəti dəfə fraksiyamız daha sərt mövqe nümayiş etdirəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!