Məcnun Məmmədov bugünkü sərgilərdə iştirak etmədi - Nazirə nə olub?

saytların hazırlanması

Evə çatdırılma

Məcnun Məmmədov bugünkü sərgilərdə iştirak etmədi - Nazirə nə olub?

Siyasət

13 May 2025 18:51 1669


Bu gün Bakı Ekspo Mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.

Hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bu gün isə sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu tipli sərgilər zamanı yüksək vəzifəli şəxslər COVID-19-la bağlı yoxlanışdan keçməli olurlar. Nazirin COVID-19 testinin nəticəsinin isə pozitiv çıxdığı ilə bağlı məlumat yayılıb. pizza hut

Bildirilir ki, nazir bu səbəbdən sözügedən sərgilərdə iştirak edə bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!