Mədəaltı vəzi xərçənginə qarşı peyvənd yaradıldı 

saytların hazırlanması

Evə çatdırılma

Mədəaltı vəzi xərçənginə qarşı peyvənd yaradıldı 

Sağlamlıq

14 May 2023 12:10 8235


ABŞ-ın Nyu York şəhərindəki "Memorial Sloan Kettering" Xərçəngə qarşı Mübarizə Mərkəzinin və “Sinay dağındakı İkan” Tibb Məktəbinin beynəlxalq alimlər qrupu və Almaniyanın “BioNTech” firmasının dəstəyi ilə mədəaltı vəzi xərçənginin aqressiv forması ilə mübarizə aparmaq üçün fərdiləşdirilmiş mRNT peyvəndi yaradıblar. 

"Report" xəbər verir ki, klinik tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

Sınaqlar zamanı mütəxəssislər xüsusi hazırlanmış mRNT vaksinlərindən istifadə edərək pankreas yenitörəmələrinə xas olan immun T-hüceyrələrinin aktivləşməsini nümayiş etdirə biliblər. Bu üsul immunoterapiya prinsipinə əsaslanır - şişlərin səthində patogen zülalların tanınması yolu ilə immunitet sistemini xərçəng hüceyrələrinə hücuma vadar edir. Marqarita pizza

Peyvənd sınaq təcrübələri əvvəlcə cərrahi yolla çıxarılan şişlər, sonra onlardan 16 fərdi peyvənd hazırlayan 16 subyekt üzərində aparılıb.

Sınağın iştirakçılarına həmçinin kimyaterapiya və universal immunoterapiya dərmanı olan atezolizumab təyin edilib. Xəstələrin yarısında əhəmiyyətli T-hüceyrə immun reaksiyası var idi və 18 ay sonra onların heç birində xərçəngin sonrakı inkişafı əlamətləri görünməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!