Mədəni irsin qorunmasında cəmiyyətin rolu artırılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Mədəni irsin qorunmasında cəmiyyətin rolu artırılacaq 

Maraqlı

07 İyul 2023 13:30 1492


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihənin icrasına başlayıb. 

Layihənin əsas məqsədi mədəni irs nümunələrimizə cəmiyyətin daha həssas yanaşaraq onların qorunması, öyrənilməsi və tanıdılmasında yaxından iştirak etmək və bütün bunları hər bir vətəndaşın özünə mənəvi vəzifə olaraq qəbul etməsini aşılamaqdır. 

Üç  ay davam edəcək layihədə mədəni irsimizin qorunub saxlanılması və təbliği ilə bağlı yeniyetmə, tələbə-gənclərin və vətəndaşların iştirakı ilə Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərində konfransların və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.  Dominos pizza

Eyni zamanda, təşkilatın məqsədi layihə çərçivəsində dövlətin bu yöndə apardığı siyasətə ictimai birlik olaraq töhfə vermək, ictimaiyyət arasında maarifləndirmə işlərini apararaq Azərbaycanın tarixən zəngin olan mədəni irsinin qorunmasında geniş fəaliyyəti olan bir ölkə olduğunu yerli və beynəlxalq ictimaiyyətə təbliğ etməkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!