Mədəniyyət Evindən 2500 manatlıq oğurluq edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Evindən 2500 manatlıq oğurluq edildi - Foto

Kriminal

28 İyul 2020 16:41 896


Ağcabədi rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, 11 iyul tarixində Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə RPŞ-yə məlumat daxil olub. 

Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb.  pizza hut

Araşdırmalarla onun 2500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!