Mədəniyyət Nazirliyindəki qanunsuzluqlar üzə çıxdı -   DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyindəki qanunsuzluqlar üzə çıxdı - DETALLAR

Siyasət

29 İyun 2020 15:50 1106


Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

Yenisabah.az xəbər verir ki, bu, Palatanın Nazirlikdə apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub. Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.  pizza mizza

Hesablama Palatası Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidənyayınma halları da aşkar edib.

Bu, Palatanın Filarmoniyada apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, mədəniyyət ocağı 2017-2018-ci illərə aid maliyyə hesabatlarında xərclərini müvafiq olaraq 59 759 manat və 64 259 manat artıq göstərib. Son nəticədə qurum dövlət büdcəsinə mənfəət vergisi kimi müvafiq olaraq 11 952 manat və 12 848 manat az ödəniş edib. 

Bundan başqa, Palata Nazirliyin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının da 2017-ci ildə 2 760 manat, 2018-ci ildə isə 14 580,0 manat az mənfəət vergisi ödədiyini üzə çıxarıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!