“Mədəniyyət“ qəzetinin bağlanmasına RƏSMİ MÜNASİBƏT

saytların hazırlanması

Evə çatdırılma

“Mədəniyyət“ qəzetinin bağlanmasına RƏSMİ MÜNASİBƏT

Mədəniyyət

04 Aprel 2025 15:24 791


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi qəzeti olan "Mədəniyyət" qəzetinin çapı dayandırılması ilə bağlı məsələyə aydınlıq gəlib.

Yenisabah.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzetin nəşri 2024-cü ilin dekabr ayından dayandırılıb.

"Mətbu orqan fəaliyyətini bundan sonra elektron formatda davam etdirəcək", - deyə məlumatda vurğulanıb. pizza hut

Xatırladaq ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!